"Tottenhem"dən "Monako"ya keçdi

19:20 - 31 Yanvar 2019

"Monako" növbəti keçidini rəsmiləşdirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi "Tottenhem"in vingeri Kevin-Jorj Nkudunu heyətinə qatıb. 23 yaşlı futbolçu mövsümün sonuna qədər icarə əsasında "knyazlıq klubu"nda çıxş edəcək.

 

Qeyd edək ki, fransalı futbolçu "Tottenhem"ə 2016-cı ildə "Marsel"dən 11 milyon funt-sterlinqə transfer olunub.

Xəbər xətti