Premyer Liqa klubundan rekord transfer

19:38 - 31 Yanvar 2019

İngiltərənin "Nyukasl" klubu heyətini gücləndirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "sağsağanlar" ABŞ-ın "Atlanta Yunayted" klubundan Miqel Almironu 21 milyon funt-sterlinq qarşılığında transfer edib. Paraqvay millisinin üzvü olan 24 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 5,5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Almiron "Nyukasl" tarixinin ən bahalı transfer olub. Klub 2005-ci ildə Maykl Ouenin transferi üçün "Real"a 17 milyon funt-sterlinq ödəmişdi.

Xəbər xətti