Belçika klubundan "Qalatasaray"a keçdi

00:10 - 1 Fevral 2019

"Qalatasaray" daha bir transfer reallaşdırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Belçikanın "Standard" klubundan Kristian Luyindamanı heyətinə qatıb. Konqo Demokratik Respublikası millisinin üzvü "sarı-qırmızılar"da mövsümün sonuna kimi icarə əsasında çıxış edəcək.

 

Qeyd edək ki, 25 yaşlı mərkəz müdafiəçisi 2017-ci ildən "Standard"da çıxış edirdi.

Xəbər xətti