İngiltərə Çempionşipində çıxış edən "Stok Siti"nin hücumçusu Piter Krauç Premyer Liqaya qayıdıb.
Sportal.az xəbər verir ki, 38 yaşlı forvard "Börnli"yə transfer olub. Klub saytının məlumatına görə, təcrübəli futbolçu ilə 6 aylıq müqavilə bağlanıb. Əvəzində isə "Börnli"nin hücumçusu Sem Voks "Stok Siti"yə keçib.
Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü "Portsmut", "Aston Villa", "Sauthempton", "Liverpul", "Tottenhem" kimi klublarda çıxış edib. Krauç 2011-ci ildən "Stok Siti"də oynayırdı.
saytlarin hazirlanmasi