"Sabah" Premyer Liqada mövsümünün ikinci yarısı üçün iştirak ərizəsini Peşəkar Futbol Liqasına təqdim edib.
Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, paytaxt klubunun heyətində 21 futbolçu yer alıb.Çempionatın debütantı yeni transferləri - Rəşad Eyubov, Təmkin Xəlilzadə və Coşqun Diniyevi də sifariş edib.
Qapıçılar: 1. Tərlan Əhmədli, 30. Saşa Stamenkoviç;
Müdafiəçilər: 13. Filip İvanoviç, 25. Vanderson Naskimento, 21. Novruz Məmmədov, 5. Kərim Diniyev, 33. Eltun Turabov, 19. Məqsəd İsayev;
Yarımmüdafiəçilər: 88. Elçin Əsədov, 15. Erik Ramos, 11. Elgün Nəbiyev, 27. Bəxtiyar Soltanov, 8. Elşən Abdullayev, 6. Vadim Abdullayev, 4. Tərzin Cahangirov, 10. Cavid İmamverdiyev, 22. Miloş Bosançiç, 7. Rəşad Eyubov, 91. Coşqun Diniyev, 17. Təmkin Xəlilzadə;
Hücumçu: 9. Marko Deviç
saytlarin hazirlanmasi