"Monako" və "Lester Siti" futbolçularını dəyişdirdilər

01:08 - 1 Fevral 2019

Fransa I Liqasında çıxış edən "Monako" daha bir keçidini reallaşdırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "Lester Siti"də çıxış edən Adrien Silva "Monako"ya keçib. 29 yaşlı portuqaliyalı yarımmüdafiəçi "knyazlıq klubu"nda mövsümün sonuna kimi icarə əsasında çıxış edəcək.

 

Əvəzində isə "Monako" yarımmüdafiəçisi Yuri Tilemansı "Lester Siti"yə göndərib. 21 yaşlı belçikalı yarımmüdafiəçi "tülkülər"də mövsümün sonuna qədər çıxış edəcək.

 

Xəbər xətti