Rusiya millisinin üzvü "Başakşəhər"də

01:13 - 1 Fevral 2019

Türkiyənin "Başakşəhər" klubu növbəti transferini rəsmiləşdirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Rusiyanın "Rubin" klubundan ayrılan Fyodor Kudryaşovu rənglərinə bağlayıb. Tərəflər arasında 1,5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Rusiya millisinin üzvü olan 31 yaşlı sol cinah müdafiəçisi "Spartak", "Tom", "Krasnodar", "Terek", "Rostov" kimi klublarda çıxış edib.

Xəbər xətti