Yunanıstan klubu "Neftçi"dən ayrılan futbolçunu transfer etdi

10:32 - 1 Fevral 2019

“Neftçi”dən ayrılan Slavko Braliç karyerasını Yunanıstanda davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı müdafiəçi Super Liqa təmsilçisi AEL-ə transfer olub. Klub saytının məlumatına görə, 26 yaşlı müdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, xorvatiyalı müdafiəçi "Neftçi"yə ötən yay Bosniya və Herseqovinanın "Şiroki Briyeq" klubundan keçmişdi.

Xəbər xətti