"Everton" Yannik Bolasini icarəyə verib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, konqolu vinger karyerasını Belçikada davam etdirəcək. 30 yaşlı futbolçu "Anderlext"də mövsümün sonuna qədər çıxış edəcək.
Qeyd edək ki, "Everton" 29 yaşlı futbolçunu 2016-cı ildə "Kristal Pelas"dan 28,9 milyon avroya transfer etmişdi. Aldığı ağır zədə Bolasiyə özünü göstərməyə imkan verməmişdi.
saytlarin hazirlanmasi