“İdman Azərbaycan” üçün əlamətdar gün - 10 illik yubiley

11:53 - 1 Fevral 2019

Bu gün Azərbaycanın ilk idman telekanalının yaranması günüdür. "İdman Azərbaycan" 10 yaşını qeyd edir.

 

Sportal.az xəbər verir ki, "İdman Azərbaycan” telekanalı ilk dəfə 2009-cu ilin fevral ayının 1-də tamaşaçıları ilə görüşə gəlib.

 

Avropanın bir çox aparıcı çempionatları, Çempionlar Liqasının və Avropa Liqasının oyunları uzun müddət məhz "İdman Azərbaycan”ın peşəkar şərhçilərinin vasitəsiylə doğma dilimizdə evimizə qədər gəlib.

 

Telekanal indi də dayanmadan inkişaf edir, təkcə idman meydanlarından və yarışlardan canlı yayımlarla deyil, müxtəlif maraqlı proqramlar, analitik verlişlərlə tamaşaçılarını sevindirir.

 

Həmkarlarımızı təbrik edir, onlara yeni uğurlar arzulayırıq.

Xəbər xətti