Hakimlər Komitəsindən yeni qərar

13:17 - 1 Fevral 2019

AFFA-nın Hakimlər Komitəsi U-13 və daha aşağı yaş qruplarına aid komandalar arasında keçirilən turnirlərlə bağlı yeni qərar qəbul edib.

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bundan sonra bu yaş qruplarından ibarət komandaların oyunlarına 1 hakim təyinat alacaq.

 

Qərar beynəlxalq Oyun Qaydalarının tələbləri, beynəlxalq təcrübə və hakimlərin fiziki hazırlığının yüksəldilməsi əsas götürülərək qəbul olunub. İndiyə qədər qeyd olunan bəzi turnirlərdə oyunları 2 hakim idarə edirdi. 

 

Qeyd edək ki, daha öncə Hakimlər Komitəsi futzal üzrə 1-ci və 2-ci liqalarda hakim sayının 3-ə qaldırılması haqda qərar vermişdi.

Xəbər xətti