Əmir Ağayev: "Hapoel"dən ayrıldığım üçün üzüldüm"

17:16 - 1 Fevral 2019

"Bu maraqlı və yeni çağırışdır. Maraqlı yola başlamışam. Hələ görmədiyim işlər var. Özümə inanıram, hələ son sözümü deməmişəm. Mənə bu transferdə kömək edən komanda yoldaşım Əli Babayevlə agent Gilad Katsava təşəkkür edirəm".

 

Sportal.az "mako.co.il" saytına istinadən xəbər verir ki, bu sözləri "Sumqayıt"ın Təl-Əviv "Hapoel"indən transfer etdiyi Əmir Ağayev deyib. 27 yaşlı yarımmüdafiəçi İsrail klubundan ayrıldığı üçün üzüldüyünü də sözlərinə əlavə edib:

 

"Hapoel"dən ayrıldığım üçün üzüldüm. Orada daha çox qalmaq istərdim. "Hapoel"də ilk dəqiqədən komandaya, futbolçulara, azarkeşlərə bağlandım. Ancaq indi də hər şey yaxşıdır, hər kəsə təşəkkür edirəm".

 

Qeyd edək ki, Ağayev "Sumqayıt"la 1,5 illik müqavilə bağlayıb. İsraildə doğulan futbolçu bu ökənin aşağı yaş qruplarından ibarət yığmalarında çıxış edib.

Xəbər xətti