"Keşlə"dən göndərilən futbolçu Türkiyə klubunda

18:01 - 1 Fevral 2019

“Keşlə”dən ayrılan Georgios Georgiadis karyerasını Türkiyədə davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi I Liqa təmsilçisi “Elazığspor”a keçib. Klub saytının məlumatına görə yunan futbolçu ilı 1,5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Georgiadis ötən yayda "Keşlə"yə keçmişdi.

Xəbər xətti