"Keşlə"dən göndərilən Samba Diallo Quydileyenin yeni klubu bəlli olub.
Sportal.az xəbər verir ki, mavritaniyalı yarımmüdafiəçi Türkiyədə çıxış edəcək. 29 yaşlı yarımmüdafiəçi I Liqa təmsilçisi "Elazığspor"la müqavilə bağlayıb. Klubun saytı müqavilənin müddəti barədə məlumat verməyib.
Qeyd edək ki, “Keşlə”dən ayrılan digər futbolçu Georgios Georgiadis karyerasını "Elazığspor"da davam etdirəcək.
saytlarin hazirlanmasi