"Sumqayıt" "Qəbələ" üçün hazırlaşır

00:18 - 2 Fevral 2019

Premyer Liqanın 3-cü dövrəsinin ilk qarşılaşmasında səfərdə “Qəbələ” ilə qarşılaşacaq “Sumqayıt” hazırlıqlarını davam etdirir.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, komanda Ayxan Abbasovun rəhbərliyi altında bu gün “Kapital Bank Arena”nın təbii örtüklü ehtiyat meydançasında növbəti məşqini keçirib. Müdafiəçi Şəhriyar Əliyev bərpa prosesi keçdiyi üçün fitness zalında hazırlaşıb. 1,5 saat davam edən məşq prosesi əsasən toplu çalışmalar və müxtəlif taktiki gedişlər üzərində qurulub.

 

Qeyd edək ki, “Qəbələ” – “Sumqayıt” qarşılaşması 3 fevral, saat 14:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.

Xəbər xətti