"Zirə"nin paraqvaylı futbolçusu: "Debütüm yaxşı olmadı" MÜSAHİBƏ

21:58 - 2 Fevral 2019

"Zirə"nin hücumçusu Xulio Sezar Rodriqes Azərbaycan Premyer Liqasının 15-ci turunda "Sabah"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə müsahibə verib.

 

Sportal.az xəbər verir ki, paraqvaylı hücumçu öncə dübüt oyunu ilə bağlı danışıb:

 

- Fikrimcə, yaxşı debüt olmadı. Fərqli şeylər gözləyirdim. Gələcəkdə daha yaxşı olacağına ümid edirəm. 0:2 hesabı ilə uduzsaq da, bir neçə qol şansı yaratdıq. Bu da onu göstərir ki, öz üzərimizdə çalışıb, xırda problemləri aradan qaldırmalıyıq.

 

- “Zirə” autsayderdir. Sonuncu pillədə gedən komandaya gələndə nələri düşündününz?
- Xalq fərqinə baxsaq, çox da uzaqda deyilik. Ancaq irəli baxmaq lazımdır. Hər oyuna final kimi yanaşmalıyıq.

 

- Həmyerlin Erik Ramosa qarşı oynadın. Azərbaycana gələndə onunla danışmışdın?
- Burda görmüşdüm. Oyundan öncə danışdıq, fikir mübadiləsi apardıq.

 

- Onu daha öncnə tanıyırdın?
- Mən onu görmüşdüm, şəxsi tanışlığımız yox idi. Mən daha çox Argentinada oynamışam. Paraqvay futbolunun içində çox olmamışam.

 

- “Zirə” və sizin oyununuzu tapmağa nə qədər zaman lazımdır?
- Az öncə qeyd etdiyim kimi, hər görüşə final kimi baxmalıyıq. Səylə çalışsaq, mən də komanda yoldaşlarımı tanımağa doğru gedəcəm. Özümə olan inamım daha da artacaq və bu da komanda üçün yaxşı olacaq.

 

- İlk dəfədir ki, Cənubi Amerikadan Avropaya gəlmisiniz. Daha öncə təkliflər almırdınız?
- Belə bir fürsətim və təklifim yox idi. Bura gəlməmişdən öncə Azərbaycan futboluna bələd olan dostumdan məlumatlar aldım. Fransisko “Qato” Qarsiyanın (“Neftçi”nin sabiq futbolçusu) məsləhəti ilə bura gəldim.

 

- Həm kubokda, həm də çempionatda mübarizə aparmaq gücündəsiniz?
- Çox yaxşı haldır ki, kubokda yarımfinaldayıq. Lakin biz indi çempionatın növbəti turunu düşünməliyik.

Xəbər xətti