"Zenit" Sərdarla Vilmarı transfer etdi

12:26 - 4 Fevral 2019

Rusiyanın "Zenit" klubu iki transfer reallaşdırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Sankt-Peterburq təmsilçisi "Rubin"dən İran millisinin hücumçusu Sərdar Azmunu 12 milyon avro qarşılığında transfer edib. 24 yaşlı futbolçu ilə 3,5 illik müqavilə imzalanıb.

 

"Zenit" Argentinanın "Boka Xuniors" klubunda çıxış edən 25 yaşlı Vilmar Barriosu 15 milyon avroya transfer edib. Kolumbiya millisinin üzvüylə 3,5 illik müqavilə bağlanılıb.

 

 

Xəbər xətti