Bir oyun, beş yubiley

17:43 - 4 Fevral 2019

Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısının ilk oyunu “Zirə”nin 5 futbolçusu üçün yubiley xarakteri daşıyıb.

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, 15-ci turun “Sabah”la görüşü (0:2) bu oyunçular üçün Azərbaycan çempionatında yubiley qarşılaşması kimi yadda qalıb. 

 

Hazırda “qartallar”ın heyətində yer alan futbolçular arasında rekordçu olan Vüqar Mustafayev komanda ilə 70-ci dəfə Premyer Liqa matçına çıxıb. 

 

Zirə İdman Kompleksindəki görüş daha 4 futbolçu üçün yaddaqalan olub. Bu matç İlkin Muradov üçün 30-cü olubsa, Kamal Bayramov 25-ə, Mirsahib Abbasov 20-yə, Miloş Radivoyeviç isə 10-a çatıb.

Xəbər xətti