Bakıda UEFA İcraiyyə Komitəsinin iclası keçiriləcək

11:51 - 6 Fevral 2019

UEFA İcraiyyə Komitəsinin növbəti iclası mayın 29-da Bakıda keçiriləcək.

 

Sportal.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Bu iclas Azərbaycanda ilk dəfə təşkil ediləcək.

 

İclasın gündəliyi, məkanı və saatı açıqlanmayıb.

Xəbər xətti