“Sabah” Azərbaycan Premyer Liqasının XVI turunda evdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzub. Oyundan sonra meydan sahiblərinin baş məşqçisi Elşad Əhmədov mətbuat konfransında fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis futbolçulara təşəkkür edib:
- Danışılası çox şey var. Azlıqda qaldıq, deməzdim ki, bu, nizam-intizamla bağlıdır. Sarı vərəqə epizodunun təkrarına baxacağıq. Uşaqlar "Qəbələ" kimi komandaya qarşı yaxşı mübarizə apardılar. Onlara təşəkkür etmək istəyirəm.
- Hücumçu transferini həyata keçirəcəksiniz?
- Axtarışlarımız davam edir, azad agentlərlə danışıqlar aparırıq.
- Deviçi cəzalandırmağı düşünürsünüz?
- Deviç kimi futbolçunun Azərbaycanda olması qürurvericidir. Ona heç bir cəza verə bilmərik. Gənc futbolçular ondan örnək götürməlidirlər.
saytlarin hazirlanmasi