Ayxan Abbasov: "Azərbaycanda hər hücumçu oynaya bilmir" MÜSAHİBƏ

21:20 - 9 Fevral 2019

“Sumqayıt” Azərbaycan Premyer Liqasının 16-cı turunda "Qarabağ"a evdə 0:2 hesabı ilə uduzub. Oyundan sonra meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, gənc mütəxəssis öncə oyunla bağlı danışıb:

 

- Çətin görüş oldu. “Qarabağ” oyuna çox istəkli başladı. Oyuna yaxşı hazırlaşmışdıq. Bəlkə də istəyimiz çox olduğu üçün özümüzü göstərə bilmədik. İkinci hissədə yaxşı futbol oynadıq, yalnız qol çatmadı. Futbolçulara oyuna görə təşəkkür etdim. Çempionatın ikinci yarısına yaxşı başlamamışıq. Ümid edirəm ki, özümüzü toparlayacağıq.

 

- Güclü rəqibə qarşı oyunda gənclərə güvənmişdiniz. Bunun xüsusi səbəbi varmı?

- Həftəiçi problemlərimiz oldu. Atilla xəstə idi, Rail bir neçə gündü məşq etmirdi. Əfranın şəxsi həyatında problem var idi, icazə vermişdik. Bu oyun gənclər üçün təcrübə oldu.

 

- Peyman Babayi iki oyundur özünü göstərə bilmir. Ondan istədiyinizi ala bilirsinizmi?

- Mən həmişə demişəm ki, çempionatımız çətindir. Azərbaycanda hər hücumçu oynaya bilmir. Oyunun gedişi zamanı zədələndi, əvəzlədim. Düşünürəm ki, Peymana vaxt lazımdır. Üzərinə getmək istəmirəm, ona inanıram.

 

- Son iki oyun uduzmaq futbolçulara necə təsir edib.

- Uduzmaq əlbəttə ki, pis təsir edir. Futbolda qalibiyyət də olur. Yaxşı komanda məğlub olanda bilinir. Bu nəticədən dərs çıxarmalıyıq. Qarşıda vacib oyunlar var, xal itirsək, çox çətin olacaq.

 

- İki fərqli “Sumqayıt” izlədik. Həqiqətənmi sizə Əfransız çətindi?

- Bu gün “Sumqayıt”da ən yaxşı futbolçulardan biri Əfrandı. Hücumçularımızın çox hissəsi onun üzərindən qurulur. İkinci hissə futbolçular bir az rahat oldu. Oynamağa davam edirdik, ancaq hücumda kəsərli deyildik. Bizdə olmağı böyük üstünlükdü

 

- Uzaqdan zərbələri az yoxlamağınız səbəbi nədir?

- Səbəb odur ki, vurmaq istəmirlər. Zəif nöqtələrimizdən biridi. Rəqib imkan yaratmadı, ancaq epizodlar var idi, sadəcə yoxlamadıq.

Xəbər xətti