Bu gün K-1 qaydasız döyüş növü üzrə dünya çempionu, “Mauqli” ləqəbli idmançı Zabit Səmədov idman məktəbinin açılışını edib.
Sportal.az "qafqazinfo”ya istinadən xəbər verir ki, məkan Heydər Əliyev adına İdman və Konsert kompleksinin binasında faəliyyət göstərəcək.
Açılış mərasimində "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, kapitanı Rəşad Sadıqov və Mahir Mədətov da iştirak edib.