"Yuventus" transferi rəsmən açıqladı

00:04 - 12 Fevral 2019

Mövsümün sonunda "Arsenal"la müqaviləsi başa çatacaq Aaron Remzi karyerasını "Yuventus"da davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, uelsli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Remzi yayda Turin klubuna qoşulacaq. Klub saytının yaydığı məlumata görə, futbolçuya 3,7 milyon avro imza pulu ödənilib.

 

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi 2008-ci ildə "Kardiff Siti"dən "Arsenal"a keçmişdi.

Xəbər xətti