“Qarabağ”la oyundan sonra 1 günlük istirahətə buraxılan “Sumqayıt” bu gündən “Keşlə” ilə oyunun hazırlıqlarına başlayıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, komanda Ayxan Abbasovun rəhbərliyi altında bu gün 13:30-da “Kapital Bank Arena”nın təbii ot örtüklü ehtiyat meydançasında məşqə çıxıb. 21 yaşadək milli komandanın heyətində olan Süleyman Əhmədov və Murad Xaçayev məşqdə iştirak etməyib.
Təxminən 1,5 saat davam edən hazırlıq prosesində əvvəlcə fiziki gücün artırılması, daha sonra isə topla müxtəlif hərəkətlər və bir sıra taktiki gedişlər üzərində çalışılıb. Məşqə ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, “Keşlə” – “Sumqayıt” qarşılaşması 16 fevral, saat 15:00-da “ASK Arena”da keçiriləcək.
saytlarin hazirlanmasi