"Napoli"nin kapitanı Marek Hamşik karyerasını Çində davam etdirəcək.
Sportal.az xəbər verir ki, təcrübəli futbolçu "Dalian Yifanq"la bütün detallarda razılığa gəlib. Slovakiya millisinin üzvü Super Liqa təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. Onun illik maaşı 9 milyon avro olacaq. Bu keçid Çin klubuna 20 milyon avroya başa gəlib.
Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi 2007-ci ildən "Napoli"dən oynayırdı.
saytlarin hazirlanmasi