"Traktor Sazi" "İstiqlal"a qalib gəldi VİDEO

00:31 - 16 Fevral 2019


İran çempionatında 18-ci turun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor Sazi” doğma meydanda əzəli rəqibi  Tehran "İstiqlal"ı ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

 

Bu nəticədən sonra "Traktor Sazi" 33 xalla turnir cədvəlinin 4-cü pilləsindəki yerini qoruyub. Turnir cədvəlinə 38 xalla "Sepahan" başçılıq edir. "Persepolis" 37  xalla  2-ci, "Padideh" 35 xalla 3-cüdür.

 

"Traktor Sazi" - "İstiqlal" - 1:0
Qol:
Aşkan Dejaqah, 52

 

 

 

Xəbər xətti