"Qəbələ"nin sabiq futbolçusu "Şaxtyor"da

15:15 - 17 Fevral 2019

"Qəbələ"nin sabiq futbolçusu Sergey Zenyov karyerasını Qazaxıstanda davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, Estoniya millisinin hücumçusu Premyer Liqa klubu "Şaxtyor"la müqavilə bağlayıb. Klub saytının məlumatına görə, 29 yaşlı futbolçu Karaqanda təmsilçisi ilə 1 illik müqaviləyə imza atıb.

 

Qeyd edək ki, Zenyov 2015-2017-ci illərdə "Qəbələ"də çıxış edib. O, "qırmızı-qaralar"dan ayrıldıqdan sonra Polşanın "Krakoviya" klubuna keçmişdi.

Xəbər xətti