Millimizin üzvü üçün xoş gün: "Artıq bir yox, iki sevgilim var" FOTOLAR

11:29 - 20 Fevral 2019

Milli komandamızın və “Sabah” klubunun futbolçusu Təmkin Xəlilzadə ata olub.

 

Sportal.az xəbər verir ki, futbolçunun qız övladı dünyaya gəlib. 25 yaşlı futbolçu övladına Adel adını verib. Xəlilzadə "İnstagram" hesabında hisslərini bölüşüb:

 

"Qəribə hisslərdi... Bapbalaca heç tanımadığın birini qucağına verirlər. Baxıb görürsən ki, necə də sənə bənzəyir. Allahın möcüzəsidir mənim üçün. Bu gün sanki mənə bənzəyən biri var dünyada. Ona baxdıqca özümü görürəm. Ağzı, burnu, gözləri mənə bənzəyir. Ona baxdıqca hələ həyatımın yenidən başladığını və onun üçün daha da var gücümlə çalışacağımı görürəm. Adel, mənim bapbalaca, mənə oxşar qızım, dünyamıza xoş gəldin. Mən hər zaman sənin qərarlarını dəstəkləyən, ayaqlarını yerə bərk basmağın və cəmiyyətdə hər zaman yerinin olması üçün arxandan bir an olsun çəkilməyəcəyəm! Artıq bir yox iki sevgilim var. Həyatımda iki sevdiyim xanım var. Sizi çox sevirəm!"

 

Xəbər xətti