İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini açıqlama verib.
Sportal.az xəbər verir ki, 54 yaşlı mütəxəssis "Tottenhem" və "Liverpul"un baş məşqçiləri - Maurisio Poçettino və Yurgen Klopp barədə danışıb. Mançini İtaliyada baş məşqçilərin üzərində daha çox təzyiq olduğunu deyib: "İtaliyada hər şeyi çox şişirdirik. Poçettino "Tottenhem"də 5 ildir ki çalışır. Çox yaxşı komanda qurub, amma bir nəticə qazanmayıb. İtaliyada olsaydı, bu adamı öldürərdilər. Yurgen Kloppu da buna aid etmək olar. "Liverpul"da titulu yoxdur. Baxmayaraq ki, möhtəşəm mövsüm keçirirlər, ancaq titulsuz qalmaq təhlükəsiylə üz-üzədirlər".
saytlarin hazirlanmasi