Braziliya millisinin üzvü Neymarın PSJ-dəki gələcəyi qeyri-müəyyən olaraq qalıb.
Sportal.az "Rai Sport"a istinadən xəbər verir ki, son vaxtlar adı "Barselona" ilə hallanan 27 yaşlı futbolçu üçün "Yuventus" iddiası ortaya atılıb. Məlumata görə, ulduz futbolçunun atası Neymar Santos "Yuventus"un direktoru Fabio Paratiçiylə görüşəcək. Danışıqlar zamanı Neymarın transfer məsələsinin müzakirə ediləcəyi gözlənilir.
PSJ Neymarı 2017-ci ildə "Barselona"dan 222 milyon avroya transfer edib.
saytlarin hazirlanmasi