"Yuventus"dan Leonardo Bonuççi qərarı

13:46 - 19 İyul 2019

"Yuventus" müdafiəçisi Leonardo Bonuççiylə bağlı yeni qərar qəbul edib.

 

Sportal.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, müdafiə xəttinə Merih Demiralla Matteis de Liqti alan Turin klubu Bonuççini satmağa qərar verib. 

 

Xəbərdə "Mançester Siti" və PSJ-nin italiyalı futbolçuyla maraqlandığı qeyd edilib.

 

32 yaşlı müdafiəçinin "Yuventus"la müqaviləsi 2023-cü ilə qədərdir. Bonuççi ötən mövsüm 41 oyuna 3 qol vurub, 3 assist edib.

Xəbər xətti