"Roma" "Yuventus"un hücumçusu Qonsalo İquaini icarəyə götürməyə yaxındır.
Sportal.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, paytaxt təmsilçisi argentinalı hücumçunu bir illik icarəyə götürmək üçün 6 milyon avro ödəyəcək. "Roma" 31 yaşlı forvardı 27 milyon avro ödəməklə birdəfəlik transfer etmək hüququna da malik olacaq.
Xəbərdə klubların anlaşdığı bilidirilsə də, İquainin təklifi qəbul etmədiyi vurğulanıb. "Yuventus"un təcrübəli futbolçu ilə müqaviləni 2023-cü ilə qədər uzadacağı və icarəyə göndərməyə razı salacağı gözlənilir.
İquain ötən mövsümün ilk yarısını "Milan"da, yanvardan sonra isə "Çelsi"də icarə əsasında çıxış edib.
saytlarin hazirlanmasi