"İnter"in yeni baş məşqçisi Antonio Kontenin planlarında yer almayan Mauro İkardiylə "Yuventus"dan sonra "Napoli" də maraqlanmağa başlayıb.
Sportal.az calciomercato.com-a istinadən xəbər verir ki, neapollular argentinalı hücumçuya illik 7 milyon avro maaş təklif edib. Tərəflər anlaşsa, "Napoli" transfer üçün "İnter"ə rəsmi təklif ünvanlayacaq.
"İnter"in argentinalı forvard üçün ən azı 50 milyon avro tələb etdiyi bildirilir.
"Göy-qaralar"ın direktoru Beppe Marotta İkardi və Raca Nainqqolanla yolları ayıracaqlarını açıqlamışdı.
"İnter" İkardini 2013-cü ildə "Sampdoriya"dan 13 milyon avroya transfer etmişdi. Hücumçu 219 oyuna 124 qol vurub, 28 assist edib.
saytlarin hazirlanmasi