İngiltərənin "Vest Hem" klubunun yarımmüdafiəçisi Pedro Obianq karyerasını İtaliyada davam etdirəcək.
Sportal.az "Sky Italia"ya istinadən xəbər verir ki, 27 yaşlı futbolçu "Sassuolo" ilə razılığa gəlib. "Qarpız qabığı" bu keçid üçün 8,9 milyon avro təzminat ödəyib. Ekvatorial Qvineya millisinin üzvü müqavilə imzalamaq üçün İtaliyaya gəlib.
London klubu Obianqın boşluğunu "Arsenal"dan Məhəmməd Əl-Nenniylə doldurmağa çalışacaq.
Obianq 2015-ci ildə "Sampdoriya"dan "Vest Hem"ə keçmişdi.
saytlarin hazirlanmasi