Romelu Lukaku ilk turu buraxacaq - çəkisi 104 kiloqram olub

15:49 - 18 Avqust 2019

"İnter"in "Mançester Yunayted"dən 75 milyon avroya transfer etdiyi Romelu Lukaku artıq çəkisi olduğu üçün A Seriyasının ilk turunda "Leççe"yə qarşı oynamayacaq.

 

Sportal.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, belçikalı forvardın çəkisi 104 kq olub. Bu səbəbdən də baş məşqçi Antonio Konte 26 yaşlı futbolçuya rəsmi debüt şansı verməyəcək.

 

"İnter" - "Leççe" görüşü avqustun 26-da baş tutacaq.

Xəbər xətti