Ronaldo: "Karyeramı bitirməyim mümkündür, ancaq 40-41 yaşa qədər də oynaya bilərəm"

15:00 - 21 Avqust 2019

"Yuventus"un ulduzu Kriştiano Ronaldo İspaniyanın TVI kanalına müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı hücumçu karyerasını gələn mövsüm bitirə biləcəyini istisna etməyib:

 

"Yaxşı yaşamaq üçün futbola ehtiyacım yoxdur, maddi cəhətdən yaxşıyam. İstədiyim hədəflər uğrunda "Yuventus" mübarizə aparır. Bu komandanı hər zaman sevmişəm. İtaliyanın və dünyanın ən yaxşılarındandır.

 

"Yuventus" həmişə özünü Avropada göstərmək üçün savaşıb. İngiltərə və İspaniyada çempionluq yaşadıqdan sonra İtaliya da bacardım.

 

Biz də daxil olmaqla hər kəs Çempionlar Liqasını arzu edir. Ancaq buna aludəçilik kimi yanaşmaq olmaz. İşlər yolunda getməlidir və addım-addım getməliyik. Bundan əlavə, pulun komandalar ən yaxşı hala gətirmədiyini xatırlamalıyıq. "Barselona", "Bayern" və PSJ-nın Çempionlar Liqasında neçə il qalib olmadğını görün.

 

Bir neçə il əvvəl uduzanda lap pis olurdum. Uduzandan sonra axşam yeməyi yemirdim, bir otağa gedərdim və çıxmazdım.

 

Yaşadıqcda həyatda ən önəmli şeyin futbol olmadığını öyrəndim. Düzdür, buna köklənməlisən, çünki bu, sənin işindir, ancaq bu bağlantını kəsə də bilərsən.

 

Xanımın Corcina Rodriqes futboldan heç nə bilmir və bunun üçün çox xoşbəxtəm. Mənim kimi düşünür və Turinə gəlmək seçimimi dəstəkləyir.

 

Gələn mövsüm karyeramı bitirməyim mümkündür, ancaq 40-41 yaşa qədər də oynaya bilərəm. Həmişə deyirəm ki yaşadığın andan həzz almalısan.

 

Hansısa futbolçunun məndən daha çox rekordlara nail olacağına inanmıram. "Real"dan ayrılmaq çətin idi. 9 il orda oldum. Bu, karyeramın 60 faizidir.

 

17 kubok qazandım, ancaq başqa mübarizə istədim. "Yuventus"da olmaqdan məmnunam.

 

Madriddən ayrılmaq oğlum Kriştiano Junior üçün daha qarmaqarışıq idi, çünki dostları orda idi. Ancaq ayrılmaq üçün ayrlarla hazırlaşırdım.

 

Oğlum "Real"ı tərk etmək ehtimalımı anlamışdı. İnanmasa da, olacağını bilirdi.

 

Komfortlu məkanda qalmağı sevməyən bir insanam və Madrid belə bir hala gəlmişdi. Yeni macəra istədim.

 

İtaliyaya adaptasiya asandır. Oğlum dörd dildə danışır. Hətta məndə də yaxşıdır. Komanda yoldaşlarımın çoxu ispan və ingiliscə bilir.

 

Legioner oyunçu olmaq çətindir, ancaq həyatda başqa seçimlər var. Övladlarım və ailəm var. Belə fədakarlıqla üzləşməyə dəyər.  Çətinlikləri və özümü mükəmməlləşdirməyi sevirəm.

 

Çoxlu titul qazanmışam. Çox vaxt uğur qazanmayanda bunun doğru qərar olduğunu düşündüm. Mən indi futbol tarixindəyəm. Lionel Messi və mənim beş dəfə "Qızı top" qazanmas təsadüf deyil. Bu, mənim işimdir, qazanmasam, dünyanın sonu deyil. Hələ motivasiyam var. Yoxsa oynamağı çoxdan bitirmişdim.

 

Məni hərəkətə keçirən futbol sevgisi və qazanmaq arzusudur. İş hər şeydir. Nobel mükafatını qazananlar da mükəmməl işçilərdir. Frensis Obikelu (Nigeriya əsilli portuqaliyalı sprinter) kimi idmançılardan da nəsə öyrənməyi sevirəm. Yaxşı örnəkləri təqlid etməyi xoşlayıram".

Xəbər xətti