"Vilyarreal"ın futbolçusu Karlos Bakka Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"la oyun öncəsi fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, o, matçdan əvvəl keçirilən mətbuat konfransında bunları deyib: "Bu, bizim üçün vacib oyundur. Gündəlik işimizi bu oyunda əks etdirməliyik. Fikrimizdə olan tək şey, qrupdan çıxmaqdır. Məqsədimizə çatmaq üçün qələbə qazanmalıyıq. Avropa Liqasında uğurlar qazanmaq istəyirik".
saytlarin hazirlanmasi