"Qarabağ"la oyun öncəsi"Sivasspor"da ciddi itkilər

10:30 - 2 Noyabr 2020

Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"la qarşılaşacaq Türkiyənin "Sivasspor" klubunun heyətində ciddi itkilər var. Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisinin sözügedən matçda azı 4 futbolçusunun xidmətindən yararlana bilməyəcəyi dəqiqləşib.

Klubun rəsmi saytının yaydığı məlumata görə, sol ayaq əzələsində yırtıq aşkarlanan Xorxe Feliks 4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Daha əvvəl ayağından əməliyyat olunmuş Aaron Appindanqoe hələ hazır deyil Sağ dizində problem aşkarlanan Sergey Rıbalka və Ziya Erdal isə daha 1 həftə oynaya bilməyəcək.

Digər zədəli Marselo Qoyanonun isə yaxın günlərdə komanda ilə hazırlıq prosesinə qoşulacağı gözlənilir.

Noyabrın 5-də keçiriləcək "Sivasspor" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.

Xəbər xətti