"Qarabağ" "Sivasspor"a da uduzdu - YENİLƏNİB

23:45 - 5 Noyabr 2020

"Qarabağ" Avropa Liqasında növbəti matçına çıxıb.

Sportal.az xəbər verir ki, Ağdam klubu qrup mərhələsinin III turunda səfərdə "Sivasspor"u ilə üz-üzə gəlib. "Yeni 4 Eylül" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsilə başa çatıb.

Əvvəlki görüşlərdə də məğlubiyyətlə üzləşən "Qarabağ" 3 turdan sonra qrup sonuncusudu.

Avropa Liqası
İ qrupu
5 noyabr

21:55. "Sivasspor" - "Qarabağ" - 2:0
Qollar:
 Caner Osmanpaşa, 11, Kayode, 88

Baş hakim: Sandro Şörer (İsveçrə)
Sivas. "Yeni 4 Eylül" stadionu

“Sivasspor”: 30. Mamadu Samassa, 3. Uğur Çiftçi, 8. Robin Yalçın, 87. Marselo Qoyano, 88. Caner Osmanpaşa, 6. Klaudemir, 17. Ərdoğan Yeşilyurt, 37. Hakan Arslan (k), 9. Mustafa Yatabare, 29. Kasimir Rodriqe Ninqa, 76. Faysal Fayr
Ehtiyat oyunçular: 25. Muammer Zülfikar, 5. İsak Kofie, 10. Yasin Öztəkin, 2. Aruna Kone, 7. Maks-Alain Qradel, 19. Kubilay Eren Şahin, 80. Olarenvayu Kayode
Baş məşqçi: Rıza Çalımbay

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina,  5.Maksim Medvedev (k), 77. Vild-Donald Gerye, 2. Qara Qarayev, 6. Patrik Andrade, 8. Uroş Matiç, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 7. Ovusu Kvabena
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayxan Arazlı, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 27. Tural Bayramov, 22. Musa Qurbanlı, 44. Elvin Cəfərquliyev, 30. Abbas Hüseynov
Baş məşqçi: Qurban Qurbanov

Xəbər xətti