Azərbaycan Premyer Liqasının IX turunun bu günə nəzərdə tutulan startı təxirə salınıb.
Sportal.az xəbər verir ki, ilk oyun günündə "Sabah" öz meydanında "Zirə"ni qəbul etməli idi. Lakin bir qədər əvvəl Peşəkar Futbol Liqası matçın təxirə salındığını elan edib. Bununla bağlı rəsmi açıqlamada deyilir:
"Azərbaycan Premyer Liqasının IX turunun “Sabah” – “Zirə” oyunu bəzi futbolçuların yenidən COVİD-19 testindən keçəcəyi üçün bu gün baş tutmayacaq. Oyunun tarixi ilə bağlı əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək".
Turun digər oyunları isə noyabrın 7-8-də keçiriləcək.