"Qarabağ"ın futbolçusu Filip Ozobiç Azərbaycan millisində çıxı edə bilər. Sportal.az xəbər verir ki, bu barədə Xorvatiyanın "Index.hr" saytı yazlb.
29 yaşlı xorvatiyalı futbolçunun Azərbaycan Premyer Liqasının son turunda - "Neftçi"ylə qarşılaşmada (6:0) het-trik etdiyini vurğulayan mənbə onun millidə çıxışı üçün maneənin olmadığını bildirib. Bildirilir ki, 2016-cı ildən bəri Premyer Liqada çıxış edən Ozobiç gələn ilin martında Azərbaycanda 5 ilini tamamlayacaq. Bundan sonra o, yığmada oynamaq haqqı əldə edəcək.
2018-ci ildən "Qarabağ"da çıxış edən xorvatiyalı futbolçu daha əvvəl Azərbaycanda "Qəbələ"nin formasını geyinib.