Qarşıdakı oyunlar milliyə necə təsir edəcək?

13:15 - 11 Noyabr 2020

Milli komandanın növbəti 3 oyununun yığmanın FIFA reytinqinə necə təsir edəcəyi müəyyənləşib.

Sportal.az xəbər verir ki, bu gün Sloveniya ilə qarşılaşacaq Canni De Byazinin komandası yoldaşlıq görüşündəki qələbə ilə aktivini 6,8 xal zənginləşdirə bilər. Heç-heçə yığmaya 1,8 xal qazandıracaq. Məğlubiyyət isə 3,2 xal itkisi anlamına gələcək.

Rəsmi maçlara gəlincə, Millətlər Liqasının V turunda Monteneqronu məğlub etmək mümkün olsa, millimiz 10,2 xal qazanacaq. Neytral meydanda keçiriləcək ev oyununda heç-heçə də qazanc olar - 2,7. Məğlubiyyət isə 4,8 xal silinməsi ilə nəticələnəcək.

Millətlər Liqasının son turunda Lüksemburqla səfər oyununda qələbə 8,5, heç-heçə 1 xal qazanmağa imkan yaradacaq. Məğlubiyyət isə yığmanın aktivindən 6,5 xalın silinməsinə səbəb olacaq.

Ümumilikdə, qarşıdakı 3 görüşdə millimin maksimum qazancı 25, ən çox itkisi isə 14 xaldı. Yığma hazırda 1175 xalla dünyanın 114-cüsüdü.

Bu gün Sloveniya ilə üz-üzə gələcək millimiz ayın 14-də Monteneqro ilə qarşılaşacaq, 17-də Lüksemburqla oynayacaq.

Xəbər xətti