Azərbaycan yığması Millətlər Liqasında növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, C liqasının I qrupunda mübarizə aparan komanda V turda Monteneqro ilə qarşılaşıb. Görüşdə hesab açılmayıb.
Bununla da, millimiz qrupu ilk iki pillədə bitirmək şansını itirib. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv hazırda 5 xalla 3-cüdü.
Qrupun digər oyununda Lüksemburqla Kipr üz-üzə gəlib. 2:1 hesabı ilə qalib gələn kiprlilər millimizlə xal fərqini 1-ə endirib. Monteneqronun 11, Lüksemburqun 10 xalı var.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, V tur
C liqası, I qrup
14 noyabr
21:00. Azərbaycan – Monteneqro - 0:0
Qırmızı vərəqə: İqor İvanoviç, 45+2
Baş hakim: Sergey İvanov (Rusiya)
Zapreşiç (Xorvatiya). "İvan Laylak-İviç" stadionu
Azərbaycan: 12.Şahruddin Məhəmmədəliyev, 2.Qara Qarayev, 3.Azər Salahlı, 5.Maksim Medvedev, 6.Vüqar Mustafayev, 7.Tellur Mütəllimov, 10.Rəhim Sadıxov, 11.Mahir Emreli, 13.Abbas Hüseynov, 14.Elvin Bədəlov, 15.Bədavi Hüseynov
Ehtiyat oyunçular: 1.Emil Balayev, 23.Aydın Bayramov, 4.Rahil Məmmədov, 8.Şəhriyar Əliyev, 9.Ramil Şeydayev, 16.Elvin Camalov, 17.Vüsal İsgəndərli, 18.Mert Çelik, 19.Mirabdulla Abbasov, 20.İsmayıl İbrahimli, 21.Amin Seydiyev, 22.Xəyal Nəcəfov
Baş məşqçi: Canni De Byazi
Monteneqro: 12. Milan Miyatoviç, 2. Aleksandar Sofranaç, 5. İqor Vuyaçiç, 6. Risto Radunoviç, 23. Adam Maruşiç, 7. İqor İvanoviç, 19. Aleksandar Şçekiç, 8. Marko Bakiç, 17. Sead Hakşabanoviç, 9. Stefan Muqoşa, 10. Stevan Yovetiç
Ehtiyat oyunçular: 1. Daniyel Petkoviç, 13. Miloş Draqoyeviç, 3. Saşa Baliç, 4. Maro Vukçeviç, 11. Fatoş Beçiray, 14. Vukan Saviçeviç, 16. Vladimir Yovoviç, 18. Neboyşa Kosoviç, 20. Dino İslamoviç, 21. Aleksandar Bolyeviç, 22. Miloş Rayçkoviç
Baş məşqçi: Vahid Hacibeqiç