Premyer Liqada X turun iki oyununun təyinatları müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Sabah" - "Səbail" matçında Rəşad Əhmədovun, "Qarabağ" - "Sumqayıt" görüşündə İnqilab Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadası iş başında olacaq.
Azərbaycan Premyer Liqası
X tur
21 noyabr (şənbə)
"Sabah" - "Səbail"
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Tural Qurbanov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Bank Respublika Arena", 14:00
"Qarabağ" - "Sumqayıt"
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
"Azersun Arena", 16:00