Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına müsahibə verib.
Sportal.az xəbər verir ki, o, A seriyasında mövcud durum barədə danışıb:
"Mövsümün hazırkı mərhələsində kimin favorit olduğunu demək çətindi. "Yuventus" hər zaman hamının məğlub etmək istədiyi komanda olacaq. "Milan"a gəlincə, baş məşqçi Stefano Pioli gənclərdən maksimum yararlanaraq, yaxşı balans yarada bilib. "Qırmızı-qaralar" bu mütəxəssislə uzağa gedə bilər. Amma "İnter"ə diqqət etmək lazımdı. Çünki keyfiyyətli klubdu.. Antonio Konte təcrübəsi və qətiyyəti sayəsində daha yaxşını edə bilər. Mövsümün sonunda "Milan", "Yuventus", "İnter" və "Roma"nın Çempionlar Liqasına vəsiqə qazanacağını düşünürəm".
Byazi "Milan"ın hücumçusu Zlatan İbrahimoviçlə "Yuventus"un ulduz oyunçusu Kriştiano Ronaldonu müqayisə edib: "Tamam fərqli xüsusiyyətdə oyunçulardı. İbrahimoviç Ronaldodan daha qəttiyətlidi. Yuventus" Ronaldusuz da güclü olacaq. Kriştianonun əhəmiyyətini azaltmaq istəmirəm. Çünki bu, axmaqlıq olardı (gülür). Amma xarakterinə görə İbrahimoviç "Milan"ın mütləq lideridi. O, baş məşqçiyə həm gənc futbolçuları, həm də paltardəyişmə otağındakı vəziyyəti idarə etməkdə köməklik göstərir. İbrahimoviç eyni zamanda bir çox gənc istedadın idarə edilməsində də məşqçiyə kömək edir".