Premyer Liqanın XI turunda sabah keçirilməli olan "Qəbələ" - "Sumqayıt" oyununun təxirə salındığı barədə xəbər vermişdik. Sportal.az xəbər verir ki, koronavirusa yoluxan bəzi futbolçular yenidən test verəcəyindən Peşəkar Futbol Liqası belə qərar verib.
Bizdə olan məlumata görə, problem əyalət təmsilçisi ilə bağlıdı. "Qəbələ"nin 10-a yaxın futbolçusunun durumu sual altındadı. Bu günün sonuna qədər təkrar testlərin cavabı bilinməlidi. Bundan sonra qarşılaşmanın yeni tarıxı barədə qərar veriləcək.