Azərbaycan Premyer Liqasında XI turun oyunları davam edir. Bu gün daha iki matç keçirilib.
Sportal.az xəbər verir ki, ilk olaraq “Keşlə” “Sabah”ı qəbul edib. Matçda qalib müəyyənləşməyib - 1:1.
Günün digər görüşündə son çempion “Qarabağ” "Səbail"in qonağı olub. Bu görüş də 1:1 hesabll heç-heçə başa çatıb.
Dünən keçirilən "Neftçi" - "Zirə" görüşü qolsuz heç-heçə ilə yekunlaşıb.
Tura sabah keçiriləcək “Sumqayıt” – “Qəbələ” matçı ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XI tur
29 noyabr (bazar)
14:00. “Keşlə” – “Sabah” - 1:1
Qollar: Sezar Meza Kolli, 85 - Kevin Kubemba, 60
Qırmızı vərəqə: Con Kamara, 54 ("Keşlə")
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Rəşad Əhmədov
“ASK Arena”
16:00. “Səbail” – “Qarabağ” - 1:1
Qollar: Amil Yunanov, 57 - Gerye, 64
Hakimlər: Elçin Məsiyev, Qəzənfər Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev
“ASCO Arena”