"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov koronavirusa yoluxub.
Sportal.az xəbər verir ki, bu barədə Ağdam klubunun məşqçisi, Qurbanovun köməkçisi Elçin Rəhmanov "Səbail"ə qarşı Premyer liqanın XI tur oyunundan (1:1) sonra keçirilən mətbuat konfransında məlumat verib. O bildirib ki, testi müsbət çıxan mütəxəssisin müalicəsi davam edir. Bir neçə gün sonra o, təkrar test verəcək.
"Qarabağ"ın tərcüməçisi Elvar Quliyev də koronavirusa yoluxub. Buna qədər komandada Maksim Medvedev və Rahil Məmmədov millinin düşərgəsində yoluxmuşdu.