"Napoli"dən "Yuventus"a keçir

17:32 - 21 Dekabr 2020

"Napoli"nin futbolçusu Arkadiuş Milik qış fasiləsində komandadan ayrılacaq.

Sportal.az xəbər verir ki, 26 yaşlı hücumçu növbəti transfer dönəmində "Yuventus"a keçəcək.

Turin təmsilçisi polşalı oyunçunun transferi üçün qarşı tərəflə razılığa gəlib. Ölkə çempionu Milik üçün "Napoli"yə 18 milyon avro ödəyəcək.

Arkadiuş Milik bu mövsüm "Napoli"də meydana çıxmayıb. Neapol təmsilçisi onun adını heç bir turnirin iştirak ərizəsinə daxil etməyib.

Xəbər xətti