"Arsenal"ın futbolçusu Pyer-Emerik Omabeyanq İngiltərə kubokunun 1/4 finalında "Mançester Siti" ilə matçı buraxacaq.
Sportal.az xəbər verir ki, bu barədə London klubunun baş məşqçisi Mikel Arteta məlumat verib. O, qabonlu hücumçunun zədə səbəbindən sözügedən görüşü buraxacağını bildirib.
"Arsenal" - "Mançester Siti" görüşü sabah keçiriləcək.